• Home  
  • Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
- Gündəm - Hadisə - KriminaI - Ölkə

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu […]

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.

E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.