• Home  
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
- Gündəm - KriminaI - Ölkə

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Belə ki, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək […]

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Belə ki, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.