• Home  
  • “Neftçi” əsrin rekorduna imza atıb
- Gündəm - Idman - Ölkə

“Neftçi” əsrin rekorduna imza atıb

Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb. Əks-səda xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001 mövsümünün müvafiq dövründə 28 qol vurub. […]

Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb.

Əks-səda xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001 mövsümünün müvafiq dövründə 28 qol vurub.

Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996/1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.