• Home  
  • Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib
- Dünya - Gündəm - Hadisə

Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə Əfqanıstanın TOLO News telekanalı məlumat yayıb. Qeyd olunub ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib. Daha sonra Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, hücumlar […]

Hadisə

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib.

Əks-səda xəbər verir ki, bu barədə Əfqanıstanın TOLO News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib.

Daha sonra Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, hücumlar Əfqanıstan tərəfinin hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib:

“Zərbələr məqsədyönlü, dəqiq və ölçülü olub, yalnız Pakistana hücum cəhdləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilmiş hərbi obyektlərlə məhdudlaşıb”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.