• Home  
  • Pakistanda nəqliyyat vasitəsi kanala düşüb, ölənlər var
- Dünya - Gündəm - Hadisə

Pakistanda nəqliyyat vasitəsi kanala düşüb, ölənlər var

Pakistanın Pəncab əyalətinin Kot-Addu şəhərində rikşanın (üçtəkərli nəqliyyat vasitəsi) kanala düşməsi nəticəsində ölənlər var. Əks-səda xəbər verir ki, ölənlər arasında yetkinlik yaşına çatmayan 6 nəfər var. 6 nəfər isə xilas edilib. Qeyd olunub ki, qəza anında içərisində 24 nəfərin olduğu rikşa avqustun 10-da Müzəffərqarh kanalına düşüb. Sərnişinlər qonşu kənddəki toy mərasimindən qayıdırdılar. Axtarış-xilasetmə əməliyyatı davam edir. […]

Pakistanın Pəncab əyalətinin Kot-Addu şəhərində rikşanın (üçtəkərli nəqliyyat vasitəsi) kanala düşməsi nəticəsində ölənlər var.

Əks-səda xəbər verir ki, ölənlər arasında yetkinlik yaşına çatmayan 6 nəfər var. 6 nəfər isə xilas edilib.

Qeyd olunub ki, qəza anında içərisində 24 nəfərin olduğu rikşa avqustun 10-da Müzəffərqarh kanalına düşüb. Sərnişinlər qonşu kənddəki toy mərasimindən qayıdırdılar.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyatda yerli sakinlərin dəstəyi ilə Kot-Addu və Müzəffərqarh dairələrindən 8 dalğıc və 22 üzgüçü iştirak edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.