• Home  
  • Pakistanda polis furqonu atəşə tutulub, ölənlər və yaralılar var
- Dünya - Gündəm - Hadisə

Pakistanda polis furqonu atəşə tutulub, ölənlər və yaralılar var

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, daha üçü isə yaralanıb. Əks-səda DAWN-a istinadən xəbər verir ki, bu barədə polisin ilkin hesabatında bildirilib. Sənədə əsasən, naməlum silahlı şəxslər polis furqonuna atəş açıblar. Atışma nəticəsində yoldan keçən iki şəxs də xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb. Hücumdan sonra naməlum şəxslər yol polisinin […]

Hadisə

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, daha üçü isə yaralanıb.

Əks-səda DAWN-a istinadən xəbər verir ki, bu barədə polisin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, naməlum silahlı şəxslər polis furqonuna atəş açıblar.

Atışma nəticəsində yoldan keçən iki şəxs də xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.

Hücumdan sonra naməlum şəxslər yol polisinin xidməti avtomobili ilə hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin yaxalanması üçün axtarış əməliyyatına başlayıb. Ərazi mühasirəyə alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.