• Home  
  • Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb
- Cəmiyyət - Gündəm - Hadisə - Ölkə

Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon […]

Hadisə

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.