Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib.
Əks-səda xəbər verir ki, bu barədə “24.kg” portalı Qırğızıstan Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.
Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib.
Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla sərhəddə 4,5 maqnitudalı zəlzələ olub, episentri Oşdan 127 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.


