• Home  
  • Qubada avtomobil aşıb, ölən və yaralılar var
- Gündəm - Hadisə - Ölkə

Qubada avtomobil aşıb, ölən və yaralılar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, “Lada-Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada-Niva” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən […]

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Lada-Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada-Niva” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.