• Home  
  • Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib. Əks-səda xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA […]

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib.

Əks-səda xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA qalıqlarının yaşayış binalarına düşməsi nəticəsində 8 yaşlı uşaq həlak olub, daha 8 nəfər yaralanıb. Şəhərdə 21 yaşayış binasına və dörd müəssisəyə ziyan dəydiyi bildirilir.

Dron hücumu nəticəsində Temryuk rayonunun Volna qəsəbəsində də bir kişi ölüb. Beləliklə, Krasnodar vilayətində gecə hücumunda ölənlərin sayı ən azı iki nəfər olub.

Sevastopol da gecə hücumlarının hədəflərindən biri olub. Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev 30-dan çox Ukrayna dronunun zərərsizləşdirildiyini deyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.