• Home  
  • Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Cəmiyyət - Manşet - Ölkə

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq. Xatırladaq ki, […]

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Əks-səda xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, yeni ekspres marşrutlar:

M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;

M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;

M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;

M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;

M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;

M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərəcək.

Sərnişinlərə xidmət göstərəcək yeni ekspres avtobusların dayanacaq məntəqələri ilə videoda:

tanış ola bilərsiniz.

Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.

Bu gündən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.