• Home  
  • Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
- Dünya - Gündəm - Hadisə

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. Əks-səda “Arab News”a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb. “HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib”, – o, “X” sosial şəbəkəsində yazıb. […]

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.

Əks-səda “Arab News”a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.

“HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib”, – o, “X” sosial şəbəkəsində yazıb.

İnsidentlə əlaqədar Səudiyyə Ərəbistanının Baş Mülki Müdafiə İdarəsi fövqəladə hallar barədə milli erkən xəbərdarlıq sistemini işə salaraq paytaxt sakinlərini ehtimal olunan təhlükə barədə xəbərdar edib.

Daha sonra qurum hava həyəcanının ləğv olunduğunu bildirib.

AFP agentliyi isə hava təhlükəsi xəbərdarlığı sistemlərinin işə düşməsi fonunda Ər-Riyadda iki partlayış səsinin eşidildiyi barədə məlumat verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.