• Home  
  • Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
- Dünya - Gündəm - Hadisə

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb

Avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində gəminin batması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstəl deyib. Onun sözlərinə görə, sentyabrın 28-də tapılan iki cəsədin kimliyini müəyyənləşdirib. “İki cəsədin DNT analizi başa çatıb. Onların 5 yaşlı Mehmet Asaf Biçərə və Nihat Pancara məxsus olduğu müəyyən […]

Hadisə

Avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində gəminin batması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstəl deyib.

Onun sözlərinə görə, sentyabrın 28-də tapılan iki cəsədin kimliyini müəyyənləşdirib.

“İki cəsədin DNT analizi başa çatıb. Onların 5 yaşlı Mehmet Asaf Biçərə və Nihat Pancara məxsus olduğu müəyyən edilib”, – baş nazir bildirib.

Üstel həmçinin sentyabrın 29-da axtarış işləri zamanı daha bir cəsədin tapıldığını qeyd edib. Həlak olan şəxsin kimliyini müəyyənləşdirmək üçün DNT ekspertizasına başlanılıb.

Həlak olan şəxsin adının hələlik müəyyən edilməməsinə baxmayaraq, Şimali Kipr mediası gəmi qəzası qurbanlarının sayının 18-ə çatdığını bildirib.

Hazırda 10 nəfər isə itkin düşmüş hesab olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.