• Home  
  • Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb
- Dünya - Gündəm - Hadisə

Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb

Sudan Silahlı Qüvvələri ölkənin qərbində, Cənubi Darfur əyalətinin Nyala şəhərinə endirilən aviazərbələr nəticəsində Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” Sudan ordusunun bəyanatına istinadən məlumat yayıb. Hərbi komandanlığın məlumatına görə, ötən gün səhər saatlarında aviasiya Çevik Hərəkət Qüvvələrinin komanda mərkəzlərinə kütləvi zərbələr endirib, nəticədə qruplaşmanın idarəetmə obyektləri dağıdılıb […]

Sudan Silahlı Qüvvələri ölkənin qərbində, Cənubi Darfur əyalətinin Nyala şəhərinə endirilən aviazərbələr nəticəsində Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” Sudan ordusunun bəyanatına istinadən məlumat yayıb.

Hərbi komandanlığın məlumatına görə, ötən gün səhər saatlarında aviasiya Çevik Hərəkət Qüvvələrinin komanda mərkəzlərinə kütləvi zərbələr endirib, nəticədə qruplaşmanın idarəetmə obyektləri dağıdılıb və onlarla döyüşçüsü öldürülüb.

Öz növbəsində, Çevik Hərəkət Qüvvələri Sudan ordusunun dron vasitəsilə Nyaladakı bazara hücum etdiyini və nəticədə dinc sakinlərin öldüyünü bəyan edib.

“Al Jazeera” qeyd edir ki, hələlik söhbətin eyni zərbələrdən gedib-getmədiyi müəyyən edilməyib.

Xatırladaq ki, 2023-cü ilin aprelindən Sudanda hökumət ordusu ilə Çevik Hərəkət Qüvvələri arasında silahlı münaqişə davam edir, bunun nəticəsində on minlərlə insan həlak olub, 13 milyona yaxın insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.