• Home  
  • Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb. Əks-səda Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb. Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi […]

Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb.

Əks-səda Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb.

Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi yardım göstərildiyini bildirib. Lakin onlardan biri sonradan aldığı ağır yaralardan dünyasını dəyişib.

Daha bir hadisə cümə günü Həsəkə əyalətində baş verib, burada mina partlayışı zamanı 12 yaşlı oğlan həlak olub, 12 və 14 yaşlı daha iki uşaq isə yaralanıb.

Uşaqların qohumunun sözlərinə görə, mina onlar taxıl anbarlarının yaxınlığında oynayarkən partlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.