İtaliyanın Milan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gün davam edən iğtişaşlar zamanı 160 nəfəri saxlayıb.
Əks-səda xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti İctimai Asayiş Departamentinə istinadən məlumat yayıb.
Departamentin məlumatına görə, saxlanılanların təxminən 80 %-i yetkinlik yaşına çatmayanlardır.
Milandakı iğtişaşlar tələbə nümayişləri, artan yaşayış xərclərinə və yanacaq qiymətlərinə qarşı etirazlar fonunda üçüncü gündür davam edir. Hakimiyyət orqanlarının məlumatına görə, hüquq-mühafizə orqanlarının 140-dan çox əməkdaşı yaralanıb. Baş nazir Corcia Meloni bazar ertəsi hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi rəhbərlərinin təcili iclasını çağırıb.


