• Home  
  • Tesla Çindəki biznesini sata bilər
- Dünya - Gündəm - Texnologiya

Tesla Çindəki biznesini sata bilər

ABŞ-nin elektromobil istehsalçısı Tesla Çindəki bölməsini sata və ya onu ayrıca struktur kimi ayıra bilər. Əks-səda xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu addım Tesla şirkətinin SpaceX ilə birləşməsinə hazırlıqla əlaqəli ola bilər. Hər iki şirkətə amerikalı sahibkar İlon Mask rəhbərlik edir. Nəşrin qeyd etdiyi kimi, Mask […]

ABŞ-nin elektromobil istehsalçısı Tesla Çindəki bölməsini sata və ya onu ayrıca struktur kimi ayıra bilər.

Əks-səda xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu addım Tesla şirkətinin SpaceX ilə birləşməsinə hazırlıqla əlaqəli ola bilər. Hər iki şirkətə amerikalı sahibkar İlon Mask rəhbərlik edir.

Nəşrin qeyd etdiyi kimi, Mask Tesla-nın fəaliyyətini elə qurub ki, şirkətin Çin və ABŞ hissələri arasında aydın sərhəd olsun. Bununla o, Vaşinqton və Pekin arasında geosiyasi qarşıdurmanın kəskinləşəcəyi təqdirdə şirkəti mümkün risklərdən qorumağı nəzərdə tutub.

Qəzet xatırladıb ki, SpaceX ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) əsas podratçılarından biridir və bu, şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. İki şirkətin birləşməsi halında Tesla-nın Çin bölməsinin ümumi strukturdan ayrılması mümkün maraqlar toqquşmasının və tənzimləyici risklərin qarşısını almağa imkan verə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.