• Home  
  • Yunanıstanda İkinci Dünya Müharibəsi dövrünə aid min bomba aşkar edilib
- Dünya - Gündəm - Hadisə

Yunanıstanda İkinci Dünya Müharibəsi dövrünə aid min bomba aşkar edilib

Saloniki Liman Administrasiyasının (OLTH) rəhbərliyi körpünün genişləndirilməsi işləri zamanı limanın dəniz dibində aşkar edilmiş İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 1 000 bombanın zərərsizləşdirilməsi məqsədilə Yunanıstanın səlahiyyətli orqanlarına müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb. Bombalar 6-cı körpü rayonunda maqnit zondlama nəticəsində aşkar edilib. Onlar genişləndirmə səthini təşkil edən beton kessonların […]

Hadisə

Saloniki Liman Administrasiyasının (OLTH) rəhbərliyi körpünün genişləndirilməsi işləri zamanı limanın dəniz dibində aşkar edilmiş İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 1 000 bombanın zərərsizləşdirilməsi məqsədilə Yunanıstanın səlahiyyətli orqanlarına müraciət edib.

Əks-səda xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.

Bombalar 6-cı körpü rayonunda maqnit zondlama nəticəsində aşkar edilib. Onlar genişləndirmə səthini təşkil edən beton kessonların (dəmir-beton halqalardan və ya monolit betondan hazırlanmış hermetik yeraltı tutum – red.) altında, həmçinin modernləşdirilmiş körpünün giriş və çıxış nöqtələrində yerləşir; onların ümumi çəkisinin 15 000-dən 20 000 tona qədər olduğu təxmin edilir.

OLTH bəyan edib ki, onların mövcudluğu 6-cı körpünün genişləndirilməsi işlərinə mane olur.

İkinci Dünya Müharibəsi dövrünə aid köhnə sursatların 1944-cü ildə alman işğal qüvvələrinin Salonikidən çəkilməzdən əvvəl tərk edildiyi güman edilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.