Fransada Pa-de-Kale departamentinin Vissan sahillərində La-Manş boğazını keçməyə cəhd edən katerin qəzaya uğraması nəticəsində üç qanunsuz miqrant ölüb.
Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası departamentin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, onlar Böyük Britaniyaya çatmağa çalışıblar.
“Zərərçəkənlərin sayı barədə məlumatlar hazırda dəqiqləşdirilir və dəyişə bilər”, – məlumatda qeyd edilib.
Məlumata görə, bir neçə nəfəri xilas edərək sahilə çıxarmaq mümkün olub. Beləliklə, ilin əvvəlindən La-Manşı qanunsuz keçməyə cəhd edərkən ölənlərin sayı 22-yə çatıb.


