• Home  
  • “Qarabağ” braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
- Gündəm - Idman - Ölkə

“Qarabağ” braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

“Qarabağ” klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir. Qeyd edək ki, 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), […]

İdman

“Qarabağ” klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia”, “İnter” (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.