• Home  
  • Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
- Gündəm - Hadisə - Ölkə

Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb. Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı […]

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.