Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka ölkədə “Patriot” zenit-raket sistemi istehsalı zavodunun tikintisi təklifini irəli sürüb.
Əks-səda xəbər verir ki, bu barədə RMF FM radiostansiyası xəbər verib.
“Biz təklif etmişik ki, əgər belə zavodun Ukraynada tikintisi planlaşdırılırsa, onun əvəzinə Polşada – sözdə təhlükəsiz zonada yerləşdirilməsi lazımdır”, – radiostansiya nazir müavininin sözlərini sitat gətirib.
Sobkovyak-Çarneçka əlavə edib ki, zavodun Polşada yerləşməsi ABŞ hökumətinin Ukrayna ilə bağlı qərarlarından asılı deyil.


