• Home  
  • Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib
- Dünya - Gündəm - Hadisə - KriminaI

Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib

Türkiyənin Ankara şəhərinin Çankaya rayonunda iş yerlərindən birinə silahla atəş açılması hadisəsinə görə 5 şübhəli həbs edilib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi məlumat yayıb. Məlumata görə, araşdırmalar zamanı şübhəlilərdən birinin silahla iş yerinə atəş açdığı anları videoya çəkdiyi müəyyən olunub. Bildirilib ki, əməliyyatda videodakı şəxs […]

Türkiyənin Ankara şəhərinin Çankaya rayonunda iş yerlərindən birinə silahla atəş açılması hadisəsinə görə 5 şübhəli həbs edilib.

Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi məlumat yayıb.

Məlumata görə, araşdırmalar zamanı şübhəlilərdən birinin silahla iş yerinə atəş açdığı anları videoya çəkdiyi müəyyən olunub.

Bildirilib ki, əməliyyatda videodakı şəxs və onunla birlikdə hərəkət edən 5 şübhəli saxlanılıb. Məhkəməyə təqdim olunan şübhəlilərdən 5-i barəsində həbs qətimkan tədbiri seçilib. 1 şübhəli məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.