• Home  
  • Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib
- Dünya - Gündəm

Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi (Enhanced Air Policing – eAP) missiyası çərçivəsində Blok-72 növbəsini rəsmən təhvil alıb. Əks-səda xəbər verir ki, HHQ Komandanlığına tabe olan 181-ci Reaktiv Eskadrilya Komandanlığının Estoniyanın Amari Hərbi Hava Bazasına yerdəyişməsi başa çatdırılıb. Komandanlıq 30-31 iyul tarixlərində ərazini tanıma uçuşları həyata keçirib. Blok-72 növbəsi Türkiyənin F-16 qırıcı təyyarələri […]

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi (Enhanced Air Policing – eAP) missiyası çərçivəsində Blok-72 növbəsini rəsmən təhvil alıb.

Əks-səda xəbər verir ki, HHQ Komandanlığına tabe olan 181-ci Reaktiv Eskadrilya Komandanlığının Estoniyanın Amari Hərbi Hava Bazasına yerdəyişməsi başa çatdırılıb.

Komandanlıq 30-31 iyul tarixlərində ərazini tanıma uçuşları həyata keçirib. Blok-72 növbəsi Türkiyənin F-16 qırıcı təyyarələri vasitəsilə həyata keçiriləcək: “5 ədəd qırıcı təyyarə və 76 nəfər hərbçi noyabrın 30-na qədər Estoniyanın Amari Hərbi Hava Bazasında fəaliyyətdə olacaq”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.