• Home  
  • UEFA Konfrans Liqası: “Tvente” ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb
- Gündəm - Idman - Ölkə

UEFA Konfrans Liqası: “Tvente” ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb. Əks-səda Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın vauçerləri bu gün, saat 17:00-dan etibarən satışa çıxarılacaq. Vauçerləri “İticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür. Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının […]

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb.

Əks-səda Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın vauçerləri bu gün, saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Vauçerləri “İticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

“FC Twente Stadion”da Azərbaycan təmsilçisinin azarkeşləri 325 və 326-cı sektorlara “Gate X” girişindən daxil olacaqlar.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.