• Home  
  • Ukrayna Başqırdıstana 21 PUA ilə zərbə endirib, xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Ukrayna Başqırdıstana 21 PUA ilə zərbə endirib, xəsarət alanlar var

Başqırdıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Əks-səda xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Başqırdıstana 21 pilotsuz uçuş aparatı ilə zərbə endirib, onlardan 16-sı Salavatda vurulub. Zərbənin hədəfi Ufadan 40 km məsafədə yerləşən Çişmi rayonundakı […]

Başqırdıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Əks-səda xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Başqırdıstana 21 pilotsuz uçuş aparatı ilə zərbə endirib, onlardan 16-sı Salavatda vurulub. Zərbənin hədəfi Ufadan 40 km məsafədə yerləşən Çişmi rayonundakı logistika mərkəzi olub. Hazırda obyektdə yanğın söndürülür. Bu prosesə “Ka-32” yanğınsöndürmə-xilasetmə helikopteri də cəlb edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.