• Home  
  • Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib
- Gündəm - Ölkə - Siyasət

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib

Avqustun 10-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton […]

Avqustun 10-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümündə baş tutub və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.

Görüş zamanı tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyət və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə, müvafiq anlaşmaların həyata keçirilməsinin irəlilədilməsi, habelə TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində səylər müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.

Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.