Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb.
Əks-səda xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumun Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşını saxlayıb.
Əməliyyat zamanı 109 kq narkotik vasitə, o cümlədən 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, eləcə də kiçikhəcmli kater müsadirə edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.


