• Home  
  • Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
- Dünya - Gündəm - Texnologiya

Yaponiyada mobil rabitənin işində kəsinti baş verib

Yaponiyada ən böyük mobil rabitə operatoru “NTT Docomo”nun işində təkrar irimiqyaslı kəsinti qeydə alınıb. Əks-səda “NTT Docomo”nun rəsmi məlumatına istinadən xəbər verir ki, fasilələr bütün ölkə üzrə istifadəçilərə təsir edib. Abunəçilərin səsli zənglər, mobil internet və SMS göndərilməsi ilə bağlı çətinlikləri yaranıb. Problemlər həmçinin “NTT Docomo”nun infrastrukturundan istifadə edən virtual operatorların müştərilərinə də təsir göstərib. Şirkət […]

Yaponiyada ən böyük mobil rabitə operatoru “NTT Docomo”nun işində təkrar irimiqyaslı kəsinti qeydə alınıb.

Əks-səda “NTT Docomo”nun rəsmi məlumatına istinadən xəbər verir ki, fasilələr bütün ölkə üzrə istifadəçilərə təsir edib.

Abunəçilərin səsli zənglər, mobil internet və SMS göndərilməsi ilə bağlı çətinlikləri yaranıb.

Problemlər həmçinin “NTT Docomo”nun infrastrukturundan istifadə edən virtual operatorların müştərilərinə də təsir göstərib. Şirkət kəsintinin təcili çağırışların edilməsi imkanına təsir edib-etmədiyini yoxlayır.

Nasazlıqların səbəbləri və rabitənin tam bərpa olunma müddəti hələlik müəyyən edilməyib.

Analoji hadisə noyabrın 5-də baş verib. O zaman kəsinti 1,59 milyona yaxın istifadəçiyə təsir edib. Araşdırmanın nəticələrinə əsasən məlum olub ki, buna səbəb avadanlığın həddindən artıq yüklənməsi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.