• Home  
  • Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatına görə, ölənlər arasında üç qadın və üç uşaq, yaralananlar arasında isə yeddi qadın və dörd uşaq var. Hesabatda […]

Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb.

Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub.

Təşkilatın məlumatına görə, ölənlər arasında üç qadın və üç uşaq, yaralananlar arasında isə yeddi qadın və dörd uşaq var.

Hesabatda qeyd olunub ki, husilər Taizin mərkəzindəki Sina məhəlləsinə iki ballistik raket atıblar. Əyalətin yaşayış rayonlarına hücumlar zamanı onlar həmçinin minaatan, reaktiv və artilleriya mərmiləri, eləcə də pilotsuz uçuş aparatları daxil olmaqla, 147-yə yaxın döyüş sursatından istifadə ediblər.

Oktyabrın əvvəlindən husilər Yəmənin üçüncü ən böyük şəhərini mühasirəyə alaraq, onu hökumətin müvəqqəti paytaxtı olan Ədənlə birləşdirən yolu bağlayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.