Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.


