• Home  
  • Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib
- Cəmiyyət - Gündəm - Ölkə

Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Müraciətdə bildirilib: “Qarşıdan xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü gəlir. Bu günlər bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və […]

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Əks-səda xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Müraciətdə bildirilib:

“Qarşıdan xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü gəlir. Bu günlər bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz birliyini bir daha xatırladır.

Qarşıdakı qeyri-iş günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, səfər zamanı diqqətli və məsuliyyətli olmağa çağırır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitənizin texniki sazlığını, xüsusilə əyləc sisteminin, işıq cihazlarının və təkərlərin vəziyyətini yoxlayın. Hərəkət zamanı sürəti yol və hava şəraitinə uyğun seçin, müəyyən edilmiş sürət həddini aşmayın, təhlükəli ötmə və manevrlərdən çəkinin, ara məsafəsini qoruyun. Təhlükəsizlik kəmərindən istifadə edin, sükan arxasında mobil telefonla diqqətinizi yayındırmayın. Uzun məsafəli səfərlər zamanı yorğun və yuxusuz halda avtomobil idarə etməyin, mütəmadi olaraq fasilələr verin. Xüsusilə hərəkətin intensiv olduğu yollarda diqqətli olun, tələskənliyə yol verməyin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alın.

Piyadalara da müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyi, xüsusilə sutkanın qaranlıq vaxtlarında və məhdud görünmə şəraitində daha diqqətli olmağı tövsiyə edirik”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.