Xankəndi şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əks-səda xəbər verir ki, tədbir Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist A.Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.
Tədbir Zəfər Gününün xalqın milli yaddaşında əbədi yaşayacağına, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün daim qorunacağına dair çağırışlarla yekunlaşıb.

