• Home  
  • Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli “ERT-news” telekanalı məlumat yayıb. Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər. Hadisənin […]

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli “ERT-news” telekanalı məlumat yayıb.

Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər.

Hadisənin səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.