Türkiyənin Zonquldak vilayətində üç mədən işçisinin olduğu avtomobil 100 metrlik dərəyə aşıb, ölən və yaralananlar var.
Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, qəzada 22 yaşlı Ahmet Erkan həyatını itirib.
Digər iki mədən işçisi xəstəxanaya çatdırılıb. Onların uçuruma aşan avtomobildən özlərinin çıxdığı bildirilib. Ölən şəxsin meyiti isə ekspertiza üçün morqa yerləşdirilib.
Faktla bağlı polis idarəsi və prokurorluqda araşdırma aparılır.


