• Home  
  • Çempionlar Liqası: “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
- Gündəm - Idman - Ölkə

Çempionlar Liqası: “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. “Sabah”ın ev oyunlarının təqvimi belədir: II tur 13 oktyabr 20:45. “Sabah” – “Slaviya” (Çexiya) III tur 20 oktyabr 20:45. “Sabah” – “Borussiya” […]

İdman

“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.

Əks-səda xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.

Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

“Sabah”ın ev oyunlarının təqvimi belədir:

II tur

13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

III tur

20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

V tur

25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

VII tur

20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)

Qeyd edək ki, “Sabah” Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda “Mançester Yunayted” (İngiltərə) ilə sentyabrın 10-da, “Vikinq” (Norveç) ilə noyabrın 4-də, “Vilyarreal” (İspaniya) ilə dekabrın 8-də, “Arsenal” (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.