Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Sumqayıtda avtomobil işıq dirəyini aşırıb

Sumqayıt şəhərində minik avtomobili işıq dirəyini aşırıb. Əks-səda xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai Santa Fe” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində işıq dirəyi aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

İdman
Gündəm Idman Ölkə

“Qarabağ” Mateuş Koxalskinin gedişini açıqlayıb

“Qarabağ” polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb. Əks-səda xəbər verir ki, “köhlən atlar” Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb. Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub. 2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA […]

Hadisə
Dünya Gündəm Hadisə Mədəniyyət və Incəsənət

Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb

Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar. Əks-səda xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib. Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar. […]

İdman
Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununu fransalı hakim idarə edəcək

İngiltərədə “Mançester Yunayted” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək. Əks-səda xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajo olacaq. FIFA referisinə həmyerliləri Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR-da Jerom Brizar, AVAR-da serbiyalı Momçilo Markoviç əyləşəcək. Xatırladaq […]

İran
Dünya Gündəm Hadisə

İranda tanınmış din xadimi həbs edilib

İranın ali rəhbəri Müctəba Xaməneinin qardaşı Möhsün Xaməneinin qaynı, “Ənsari-Hizbullah” dini-siyasi təşkilatın (“Hizbullah”ın İran qolunun) baş katibi Məhəmməd Baqer Xərrazi həbs edilib. Əks-səda xəbər verir ki, bunu İslam respublikası məhkəmə hakimiyyətinin mətbuat katibi Məhəmməd Kazemi bildirib. Onun sözlərinə görə, bir sıra qurumların şikayəti və məhkəmənin qərarı əsasında Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda həbsdə saxlanılır: “O, həbs […]

Hadisə
Gündəm KriminaI Ölkə

İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb. Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan […]

İdman
Gündəm Idman Ölkə

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İNtizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib. Əks-səda xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub. Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib. Sentyabrın […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 9-da 28 dərəcə isti olacaq. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° […]

İdman
Gündəm Idman Ölkə

“Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq. Əks-səda xəbər verir ki, əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib. 10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub. İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bərdədə bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb

Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat yayıb. Bildirilib ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlıq yaranıb. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.