Year: 2026

Gündəm

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. “Əks-səda” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) – (Z.Bünyadov […]

Gündəm

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. “Əks-səda” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın əksər rayonlarında […]

Gündəm

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır. “Əks-səda” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciətində bildirilib. Qeyd olunub ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların su hövzələrində müvafiq təhlükəsizlik qaydalarına əməl etməməsi acı nəticələrə səbəb olur. […]

Rəsmi

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub. “Əks-səda” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, […]

Digər

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev və Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Korina Kelugeru Kişineuda keçirilən görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyətini və iqtisadi, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. “Əks səda” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər iqtisadi dialoqun fəallaşdırılması və birgə […]

Cəmiyyət Idman

Azərbaycan boksçuları Almaniyada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

Azərbaycanın 19 yaşadək boksçulardan ibarət yığması iyulun 11-dən etibarən Almaniyanın Frankfurt (Oder) şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Azərbaycan Boks Federasiyasının “Report”a verdiyi məlumata görə, 4 gün sürəcək yarışda U-19 millisinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov Əli Əliyevə (50 kq), Nihat Qasımova (55 kq), Əli Baxışova, Sübhan Babayevə, Toğrul Quliyevə (hər üçü […]

Gündəm Hadisə Ölkə Qanun

Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü  sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur. ƏksSəda xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri […]

Dünya Gündəm Manşet Siyasət

NATO Ukraynaya 70 milyard avro yardım ayırdı, Tramp isə sülhə ümidlidir

Redaktə edilmiş variant: NATO Ukraynaya 70 milyard avro yardım ayırdı, Tramp isə sülhə ümidlidir NATO-nun Ankarada keçirilən sammitində Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstək məqsədilə 70 milyard avro həcmində yardım öhdəliyi götürülüb. ABŞ Prezidenti Donald Tramp isə Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının əldə olunacağına ümidli olduğunu bildirib. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Türkiyədə keçirilən ikigünlük […]

Digər Hadisə

Bakıda avtobusun iştirakı ilə zəncirvari QƏZA BAŞ VERDİ – FOTO

Bakının mərkəzində, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. ƏksSəda Oxu.Az-a istinadla xəbər verir ki, qəza zamanı sərnişin avtobusu “Hyundai” markalı avtomobillə, həmin avtomobil isə BMW ilə toqquşub. BMW daha sonra digər “Hyundai” avtomobilinə çırpılıb. Hadisə nəticəsində yaralananların olub-olmadığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət Digər Manşet Maqazin

Miri Yusif Yaşıl Teatrda keçirilən beş günlük konsert marafonunu uğurla başa vurdu

Xalq artisti Miri Yusif Yaşıl Teatrda keçirilən beş günlük konsert marafonunu uğurla başa vuraraq karyerasında yeni rekorda imza atıb. Əks səda xəbər verir ki, sənətçinin sözlərinə görə, konsertlər əvvəlcə üç günlük elan olunsa da, əsas plan beş günlük proqram həyata keçirmək olub. “Əslində niyyətimiz əvvəlcədən beş günlük konsert proqramı idi. Amma ilk mərhələdə üç günü […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.