Year: 2026

Gündəm KriminaI Ölkə

Hacıqabulda 19 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb. Əks-səda xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb. Faktla bağlı araşdırma […]

Dünya Gündəm Idman

“Çelsi”nin futbolçusu Pedru Netu tezliklə “Əl-Hilal”a keçə bilər

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedru Netu tezliklə “Əl-Hilal”a keçə bilər. Əks-səda xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı cinah oyunçusunu transfer etmək üçün fəal çalışır. Ər-Riyad komandasl 26 yaşlı portuqaliyalı vingerə yüksək maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırdır. Xatırladaq ki, Pedru Netunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

Gündəm Ölkə Siyasət

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib. Əks-səda Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb. […]

Dünya Gündəm Idman

“Bayer 04″ün futbolçusu Ezekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər

Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi Ezekiel Palasios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Əks-səda insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu ilə “İpsviç” maraqlanır. İngiltərə klubu rəsmi təklifini Leverkuzen təmsilçisinə təqdim edib və cavab gözləyir. Qeyd edək ki, E.Palasios 2020-ci ildən Bundesliqa klubunun formasını geyinir. O, ötən mövsüm keçirdiyi 25 matçda […]

Dünya Gündəm Hadisə

Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürülüb

Nigeriyanın mərkəzindəki Plato ştatında kəndə gecə saatlarında hücum nəticəsində ən azı 25 nəfər həlak olub. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat veriblər. Yerli sakin Amos Conun sözlərinə görə, hücum edənlər ev-ev gəzərək sakinləri maçete ilə öldürüblər. O, ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğunu bildirib.

Dünya Gündəm Hadisə

Türkiyədə 6 avtomobil toqquşub, 17 nəfər yaralanıb

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6-sı turist olmaqla, 17 nəfər yaralanıb. Yaralıların həyati təhlükəsinin olmadığı bildirilib. Qəza ilə bağlı araşdırma aparılır.

Dünya Gündəm Idman

Harri Keyn “Bavariya” ilə yeni müqaviləni müzakirə edəcək

İngiltərə millisinin hücumçusu Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə barədə danışıqlara başlayacaq. Əks-səda xəbər verir ki, 33 yaşlı futbolçu yaxın vaxtlarda rəhbərliklə görüşəcək. Təcrübəli forvard danışıqların yaxın günlər ərzində başlayacağını və hər iki tərəfin prosesə tam sakit yanaşdığını bildirib. Qeyd edək ki, 2027-ci ilin iyununa qədər sözləşməsi qüvvədə olan futbolçunun müqavilə müddətini 2029 və ya […]

Dünya Gündəm Hadisə

Enerqodara PUA zərbəsi nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı vasitəsilə Enerqodara (Ukraynanın işğal olunmuş ərazisi) endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə Zaporojye vilayətinin “qubernatoru” Yevgeni Balitski məlumat verib. Zərbə ictimai nəqliyyat dayanacağının yaxınlığına endirilib. Hadisə yerində operativ xidmətlərin əməkdaşları işləyir, xəsarət alanlara tibbi yardım göstərilir.

Dünya Gündəm Hadisə

Meksikada 5,7 maqnitudalı zəlzələ baş verib

Meksikanın Çyapas ştatında 5,7 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilir. Zəlzələ 200 mindən çox insanın yaşadığı Tapaçula şəhərindən 122 km cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.