Year: 2026

Dünya Gündəm Hadisə

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib: 10 nəfər ölüb

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib. Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib. Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

Cəmiyyət Gündəm Manşet Ölkə

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır. Əks-səda xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür. Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır. Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq […]

Dünya Gündəm Hadisə

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub. Əks-səda Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, hadisə gəmi boğazdan çıxarkən baş verib. Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir. Hadisənin […]

Dünya Gündəm Hadisə

Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb

Filippində Ateneo de Zamboanga Universitetinin məktəbində baş verən atışma nəticəsində azı iki nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı polisə istinadən məlumat yayıb. Qeyd olunub ki, hücum edənin kimliyi müəyyənləşdirilir. “Manila Bulletin” qəzetinin məlumatına əsasən, atışma zamanı şagirdlərdən biri hadisəni canlı yayımlayıb. Hadisə yerindən çəkilən görüntülərdə naməlum şəxsin məktəbin şagirdlərinə atəş açdığı görünür. […]

Dünya Gündəm Siyasət

Trampın reytinqi ikinci prezidentlik müddətində ən aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında dəstək reytinqi 33 faizə düşüb. Bu, onun ikinci prezidentlik müddətinin əvvəlindən bəri qeydə alınan ən aşağı göstəricidir. Əks-səda “Reuters” və “Ipsos”un keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir ki, respondentlərin 33 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyir, 64 faizi isə onun fəaliyyətini bəyənmir. Qalan respondentlər bu suala cavab verməkdə çətinlik çəkib. Bununla […]

Dünya Gündəm KriminaI

Strasburqda narkotik daşıyan dronlar tibbi helikopterlərin işinə mane olur

Fransanın şərqində yerləşən Strasburq şəhərində artıq üç həftədir ki, yerli istintaq təcridxanasının üzərində dronların aktivliyi səbəbindən tibbi helikopterlər gecə saatlarında xəstə və yaralıları birbaşa böyük xəstəxanaya çatdıra bilmir. Əks-səda “France Presse” agentliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarından məhbuslara qanunsuz olaraq narkotik vasitələr, mobil telefonlar və silah çatdırmaq üçün istifadə edilir. Dronların aktivliyi səbəbindən təcili […]

Dünya Gündəm

Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar

Ermənistanda fermerlər şaftalı və digər kənd təsərrüfatı məhsullarının aşağı alış qiymətlərinə etiraz olaraq Xancyan kəndi yaxınlığında yolu bağlayıblar. Əks-səda Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, hazırkı qiymətlər istehsal xərclərini qarşılamağa imkan vermir. Bundan əlavə, tədarükdə yaranan gecikmələr səbəbindən yığılan məhsul xarab olur. Aksiya keçirilən əraziyə Armavir şəhərinin meri Varşam Sarkisyan da gəlib. O, […]

Dünya Gündəm Hadisə

Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib

Kolumbiyada avqustun 10-da baş vermiş zəlzələnin birbaşa maddi zərəri ilkin hesablamalara görə 30 trilyon peso (9,6 milyard dollar) təşkil edir. Əks-səda xəbər verir ki, bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella açıqlayıb. Onun sözlərinə görə, özəl şirkət zəlzələnin Çoko, Valye-del-Kauka, Risaralda, Kindio və Kaldas departamentlərində vurduğu zərəri qiymətləndirib. Ümumi zərərin 24,5 trilyon pesosu (7,8 milyard dollar) binaların, […]

Dünya Elm Maraqlı Sağlamlıq

Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib

Çinli həkimlər qəza nəticəsində hər iki ayağını itirmiş xəstəyə ayaqların cərrahi yolla yenidən birləşdirilməsi əməliyyatını həyata keçiriblər. Əks-səda Çin KİV-ə istinadən xəbər verir ki, əməliyyat bud nahiyəsi səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasının dünyada ilk halıdır. 51 yaşlı Tszyan soyadlı kişi 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Ayaqların replantasiyası əməliyyatı Çinin şərqində […]

Gündəm Hadisə Ölkə

Tovuzda su kanalından iki meyit aşkarlanıb

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib. Əks-səda xəbər verir ki, meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.