Year: 2026

Gündəm Hadisə Ölkə

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən […]

Dünya Gündəm Hadisə

Fransanın cənub-qərbində güclü yanğın səbəbindən 12 min nəfər təxliyə edilib

Fransanın cənub-qərbində güclü yanğın səbəbindən 12 min nəfər təcili olaraq təxliyə edilib. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Hökumətin məlumatına görə, ilin əvvəlindən 12 500-dən çox yanğın baş verib və 44 min hektar ərazi yanıb ki, bu da miqyasına və davamlılığına görə 2022-ci ildəki göstəricidən çoxdur. Həmin il Landı-de-Qaskon departamentində 30 min […]

Dünya Gündəm

Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub. Əks-səda xəbər verir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti Prezident Volodimir Zelenskinin təqdimatını təsdiqləyib. T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur. Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra […]

Dünya Gündəm Siyasət

Trampın Ağ Evdə Netanyahu ilə görüşü baş tuta bilər

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş gələn həftə Oval Ofisdə baş tuta bilər. Əks-səda xəbər verir ki, bu barədə “Axios” hər iki ölkədən rəsmi mənbəyə istinadən yazıb. Mənbələr bildirir ki, görüş barədə müzakirələr aparılır. Netanyahunun iyulun 28-də Lindsi Qremin Kapitoli təpəsində və Milli Katedralda keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün […]

Gündəm Idman Ölkə

“Neftçi” və “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

“Neftçi” və “Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək. Hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək. Əks-səda xəbər verir ki, metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də “Neftçi” – “Dinamo” (Belarus) matçının keçiriləcəyi “Palms Sports Arena” (8-ci km […]

Dünya Gündəm

Tokioda isti hava səbəbindən 261 nəfər xəstəxanaya yerləşdirilib

Tokioda davam edən isti hava dalğası səbəbindən 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əks-səda Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə – 3454-ə çatıb. […]

Dünya Gündəm Hadisə

Misirdə turist avtobusu qəzaya uğrayıb, 32 nəfər xəsarət alıb

Misirin Cənubi Sinay vilayətində turistləri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində 32 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Ras Sidr şəhəri yaxınlığında baş verib. Cənubi Sinay vilayət administrasiyasının yaydığı məlumata görə, qəzaya uğrayan avtobus Şarm əl-Şeyxdən Giza piramidalarına yola düşən 22 avtobusdan ibarət turist karvanının tərkibində olub. İlkin məlumata əsasən, xəsarət alanların arasında […]

Dünya Gündəm

Afrikada Ebola epidemiyasından ölənlərin sayı min nəfəri keçib

Afrikada davam edən Ebola epidemiyası nəticəsində həyatını itirənlərin sayı min nəfəri ötüb. Əks-səda xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikası və Uqandanın səhiyyə orqanları açıqlama verib. Bildirilib ki, son məlumatlara əsasən, yoluxma halları qeydə alınmağa davam edir və epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təmasda olan şəxslərin müəyyənləşdirilməsi, xəstələrin təcrid […]

Gündəm Mədəniyyət və Incəsənət Ölkə

Sumqayıt Teatrı “Cəsur” tamaşası ilə teatr mövsümünü başa vurub

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında səhnələşdirilmiş “Cəsur” adlı uşaq tamaşası nümayiş olunub. Əks-səda xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamları Osman Salmanov, Arif Müzəffər, Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşçusu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır. Əsərin Azərbaycan dilinə tərcüməsi […]

Dünya Gündəm

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

Rəsmi Berlin çərşənbə günü Almaniyanın gizli şəkildə nüvə silahları üzərində tədqiqat apardığına dair Rusiyanın iddialarını qətiyyətlə rədd edib. Əks-səda alman mediasına istinadla xəbər verir ki, hökumət sözçüsünün müavini Steffen Meyer Berlində keçirilən mətbuat konfransında bildirib: “Almaniya hökuməti bu açıqlamanı Rusiyanın təbliğatının bir hissəsi kimi görür”. Rusiya kəşfiyyat dairələrinin mesajlaşma tətbiqlərində Almaniyanın nüvə silahları üzərində tədqiqat […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.