Year: 2026

Dünya Gündəm

Qara dənizdəki Ukrayna limanlarına gəmilərin girişi dayandırılıb

Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski ölkənin Qara dənizdəki limanlarına gəmilərin girişinin dayandırıldığını bildirib. O, bunu ölkəsinin liman infrastrukturuna Rusiya hücumlarının artması fonunda bəyan edib. Əks-səda xəbər verir ki, nazir “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib: “Bu gündən etibarən gəmilərin girişi dayandırılıb. Bu, gəmi sahiblərinin qərarıdır, Ukrayna heç nəyi məhdudlaşdırmayıb”. Ukrayna hökuməti və dövlətinin logistikanın sabitliyini […]

Dünya Gündəm Idman Manşet

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktının qeydə alınmadığını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “SBC News” portalı məlumat yayıb. Bildirilib ki, idman yarışlarının dürüstlüyünə nəzarət edən monitorinq qrupu turnir çərçivəsində keçirilən bütün – 104 qarşılaşmanı və mərc oyunları ilə bağlı mümkün manipulyasiya hallarını təhlil edib. Araşdırmanın nəticəsinə əsasən, dünya çempionatında danışılmış oyun aşkarlanmayıb. […]

Dünya Gündəm Idman

“Arsenal” yunanıstanlı hücumçu Xristos Tzolisi heyətinə qatıb

İngiltərə çempionu “Arsenal” heyətini yunanıstanlı hücumçu Xristos Tzolislə gücləndirib. Əks-səda xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu Belçikanın “Brügge” klubundan London təmsilçisinə keçərək uzunmüddətli müqavilə imzalayıb. “Arsenal” bu transfer üçün 40 milyon avro ödəyib. Xristos Tzolis “Brügge”nin heyətində keçirdiyi 108 oyunda 43 qola imza atıb, həmçinin komanda yoldaşlarına 45 məhsuldar ötürmə […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda müxtəlif istiqamətlərdə avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır. Əks-səda xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili […]

Dünya Gündəm Siyasət

Böyük Britaniya diplomatlarını İrandan çıxarıb

Böyük Britaniya İrandakı diplomatik heyətini təxliyə edib. Əks-səda xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. “Təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb”, – açıqlamada bildirilir.

Cəmiyyət Gündəm Ölkə

DİN skuter və velosiped sürücülərinə müraciət edib

Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu, qəza şəraitinin yaranmasına səbəb olub. “Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci […]

Dünya Gündəm Hadisə

Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb

Pakistanda musson yağışlarının yaratdığı sel və digər təbii fəlakətlər nəticəsində son 24 saat ərzində azı 15 nəfər həlak olub, 40 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) məlumat yayıb. Məlumata görə, ölənlərdən 9-u və yaralananlardan 38-i Pəncab əyalətində, 6 nəfər isə Hayber-Paxtunxva əyalətində həyatını itirib. Bu əyalətdə daha […]

Gündəm KriminaI Ölkə

Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonu ərazisində törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb. Əks-səda xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun […]

Gündəm Hadisə Maraqlı Ölkə

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Əks-səda xəbər verir ki, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb. Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb. Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında […]

Dünya Gündəm Hadisə

Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə Çexiya Silahlı Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopterin göyərtəsində beş hərbçi olub. Hadisə yerinə fövqəladə hallar xidmətləri cəlb edilib və xilasetmə əməliyyatı aparılır. Çexiyanın […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.