Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
Tailandın cənubundakı Narathivat əyalətində baş verən silahlı hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, ikisi uşaq olmaqla 6 dinc sakin isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Tailand Silahlı Qüvvələrinin Daxili Təhlükəsizliyin Təminatı üzrə Əməliyyatlar Komandanlığı məlumat yayıb. Hərbçilərin məlumatına görə, çərşənbə günü axşam saatlarında 10-a yaxın silahlı şəxs yol yaxınlığındakı nəzarət-buraxılış məntəqəsini […]











