Year: 2026

Dünya Gündəm Hadisə

Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb

Türkiyədə İzmit Rayon Bələdiyyəsinə qarşı aparılan istintaq əməliyyat tədbirləri çərçivəsində səhər saatlarında yerli bələdiyyə sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” bildirib. Məlumata görə, Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyetlə yanaşı, daha 31 şübhəlinin saxlanılması barədə qərar qəbul olunsa da, onlarda 28-i tutulub. […]

Digər Gündəm Ölkə

Rayonlarda leysan yağır

Azərbaycan ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın […]

Dünya Gündəm Hadisə

Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib

Fransanın cənubunda yerləşən Var departamentində baş verən güclü meşə yanğını səbəbindən Nitsa və Marsel şəhərləri arasındakı dəmir yolu əlaqəsi pozulub. Əks-səda xəbər verir ki, yanğınsöndürənlərin tələbi ilə Fransanın Milli Dəmir Yolları Şirkəti (SNCF) iyulun 19-u axşam saatlarında “Les Arcs” və “Carnoules” stansiyaları arasındakı hissədə qatarların hərəkətini dayandırıb və elektrik təminatını kəsib. Hadisə nəticəsində Fransanın cənub-şərq istiqamətində […]

Dünya Gündəm Maraqlı

Macarıstanda anomal istilər Dunay çayında suyun səviyyəsini azaldıb

Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb. Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub. Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək […]

Gündəm Manşet Texnologiya

Bloomberg: Süni intellektin əsas təhlükəsi iqtisadi sabitlik ola bilər

Süni intellektin geniş tətbiqi gələcəkdə bəşəriyyət üçün ən böyük risklərdən birini dövlət gəlirlərinin azalması və işsizliyin artması yarada bilər. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. Qeyd edilib ki, süni intellekt səbəbindən hətta kiçik miqyaslı işsizlik artımı belə gəlir vergisi daxilolmalarını azaldacaq, sosial xərcləri isə artıracaq. Məlumata görə, bu proses sənaye inqilabı dövründə baş […]

Gündəm Hadisə Ölkə

İsmayıllıda qəza olub, xəsarət alan var

İsmayıllıda avtomobil qəzası baş verib. Əks-səda xəbər verir ki, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Gündəm Manşet Maraqlı

Kriptobirjada yüksəliş: “Bitcoin”in qiyməti 65 min dollara yaxınlaşıb

Son 24 saat ərzində qlobal kriptovalyuta bazarının kapitallaşması 0,11% artaraq 2,21 trilyon ABŞ dollarına çatıb. Əks-səda xəbər verir ki, bazarın ən böyük kriptovalyutası olan Bitcoin 0,29% bahalaşaraq 64 816,81 ABŞ dollarına, Ethereum 0,65% artaraq 1 876,97 ABŞ dollarına, BNB isə 0,12% yüksələrək 569,45 ABŞ dollarına satılıb. Qızıla indekslənmiş tokenlərdən Tether Gold (XAUt) 0,23% artaraq 4 020,89 […]

Dünya Gündəm KriminaI

Almaniyada bıçaqlı insident zamanı 8 nəfər xəsarət alıb

Almaniyanın Bavariya əyalətində keçirilən tədbirdə baş verən bıçaqlı insident nəticəsində 8 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Eqqlinq kommunasında baş verib. Hücum zamanı 16 yaşlı yeniyetmə qolundan ağır bıçaq xəsarəti alıb. Şübhəli hadisə yerindən qaçıb. Təxminən 700 nəfərin iştirak etdiyi tədbirdə yaranan qarışıqlıq zamanı […]

Dünya Gündəm Hadisə

Vyetnamda daşqın və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb

Son bir həftə ərzində Vyetnamın şimalında baş verən şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərin İnşası İdarəsi məlumat yayıb. Bildirilib ki, daha üç nəfər itkin düşüb. Hakimiyyət orqanlarının məlumatına görə, bütün qurbanlar Layçau əyalətində qeydə alınıb. […]

Dünya Gündəm Hadisə

Buenos-Ayresdə Argentinanın finalda məğlubiyyətindən sonra iğtişaşlar baş verib

Futbol üzrə Argentina millisinin dünya çempionatının final oyunundakı məğlubiyyətindən sonra Buenos-Ayres şəhərində iğtişaşlar baş verib. Əks-səda xəbər verir ki, hadisələr zamanı 15 nəfər saxlanılıb. İğtişaşlar nəticəsində 7 polis yaralanıb. Telefonların və şəxsi əşyaların oğurlanması halları qeydə alınıb. Bir qrup insan polislərə daş və butulkalar atmağa başlayıb. Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.