Year: 2026

Gündəm Ölkə

FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanıb

Ötən həftə 672 yanğına çıxış olub. Bu barədə Əks-səda-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və […]

Dünya Manşet

SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazında gəmiçilik qaydalarını pozan iki tanker partlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. SEPAH-ın iddiasına görə, gəmilər ABŞ hərbçilərinin onları buna guya məcbur etməsindən sonra boğazın cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstəriblər. Partlayışlar nəticəsində tankerlər yollarına davam edə bilməyiblər. Bəyanatda vurğulanıb ki, ABŞ […]

Dünya Gündəm Hadisə

Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Seysmoloqların bildirdiyinə əsasən, zəlzələnin episentri 20,9 kilometr dərinlikdə, Petropavlovsk-Kamçatskidən təxminən 229 kilometr məsafədə yerləşib. Yerli sakinlərin sözlərinə görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərində də hiss olunub.

Dünya Gündəm Siyasət

İraqın Baş naziri Tehrana səfər edəcək

İraqın Baş naziri Əli əz-Zeydi Tehrana səfər edəcək. Səfər zamanı bir neçə ikitərəfli əməkdaşlıq sazişinin imzalanacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, İraq xarici işlər nazirinin müavini Bağdadda İran səfirini qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər və İraq baş nazirinin gələn həftənin sonunda Tehrana […]

Dünya Gündəm Hadisə

Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb

Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib. “Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik”, – deyə o, bildirib. Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində […]

Dünya Idman Manşet

İspaniya DÇ-2026-nın qalibi olub

İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb. Əks-səda xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar. Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb. Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub. Qeyd edək ki, üçüncü yer uğrunda matçda İngiltərə […]

Dünya Gündəm Hadisə

Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi toqquşmaq təhlükəsi ilə üzləşib

Kanar adalarının qərbində Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi eyni hündürlükdə qarşı-qarşıya hərəkət edərkən toqquşma təhlükəsi yaranıb. Əks-səda xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Hadisə iyulun 10-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb. “Iberia” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi Braziliyanın Resifi şəhərindən Madridə, “Air Europa” aviaşirkətinin “Boeing 787” təyyarəsi isə […]

Dünya Gündəm Idman

“Formula 1”: Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub

“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 2026-cı il “Formula 1” dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisinin qalibi olub. Əks-səda xəbər verir ki, ikinci yeri “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. “Formula 1” üzrə növbəti mərhələ iyulun 24-26-da Macarıstanda keçiriləcək.

Gündəm Sağlamlıq

Həkimlər xəbərdarlıq edir ki, isti havalarda tromb riski artır

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. Əks-səda xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamilə əngəlləyə bilən qan laxtasıdır: “Onun əsas təhlükəsi toxumaların qanla qidalanmasını pozmaq və ya qopub ağciyər arteriyasının tromboemboliyası […]

Dünya Gündəm

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 900-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı 893 nəfərə çatıb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu göstərici hökumətin son məlumatlarında yer alıb. Virusa yoluxma hallarının təsdiqlənmiş sayı 2 267-yə çatıb. Konqo Demokratik Respublikasında epidemiya mayda başlayıb. Hakimiyyət orqanlarının məlumatına görə, söhbət hələlik peyvənd və ya spesifik müalicə üsulu hazırlanmamış Bundibuqiyo ştammından gedir. Ümumdünya Səhiyyə Təşkilatı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.