Year: 2026

Digər Gündəm Ölkə

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

İyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Əks-səda -ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, […]

Gündəm Idman

DÇ-2026: Bürünc medal uğrunda İngiltərə – Fransa dueli

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşəcək. Əks-səda xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək. Hər iki komanda yarımfinalda məğlub olaraq finaldan kənarda qalıb. Fransa İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə uduzub. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. DÇ-2026 3-cü yer matçı 23:00. Fransa […]

Dünya Gündəm Hadisə

Venesuelada zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb

Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Jorge Rodriguez məlumat verib. Xəsarət alanların sayı isə 16 740 nəfərdir. İnfrastruktura dəymiş ziyanın aradan qaldırılması üçün Venesuela hökuməti Beynəlxalq Valyuta Fondundan 346 milyon dollar dəyərində vəsait alıb. Qeyd edək ki, iyunun 24-də ölkənin mərkəzi və şimal-qərb […]

Gündəm Hadisə Ölkə

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Zərdabda yol qəzası olub, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər – sürücü Q. Vahidov, sərnişinlər Ə. Əzizov, E. Ömərov və C. […]

Gündəm Idman

“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub

“Qarabağ”ın UEFA Avropa Liqası II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə keçirəcəyi ilk matçın hakim təyinatları açıqlanıb. Əks-səda xəbər verir ki, Bakıda keçiriləcək oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniele Çiffi olacaq. Ona yan xətlərdə Covanni Baççini ilə Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək. VAR-da Valeryo Marini, […]

Gündəm Manşet Mədəniyyət və Incəsənət

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib. Əks-səda xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir. İyunun 25-dən açılan […]

Dünya Gündəm Manşet

Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib

Prezident Volodimir Zelenski Ukrayna ordusunun Rusiyanın Moskva və Tambov regionlarına dron hücumları etməsini təsdiqləyib. Əks-səda xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb. Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun hücum etdiyi obyektlər cəbhə xəttindən 500 kilometrdən çox, təxminən 700 kilometr uzaqlıqda yerləşir. Ukrayna lideri sözügedən müəssisələrin Rusiyanın dron istehsalı komponentlərinin təchizatında və naviqasiya texnologiyasının hazırlanmasında istifadə […]

Gündəm Ölkə

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

Bakıda iyulun 19-da havanın 33 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 […]

Dünya Gündəm

Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub

Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub. Əks-səda xəbər verir ki, gəmilər Qara və Azov dənizlərində hədəfə alınıb. Bildirilib ki, “MoLoÇKa” əməliyyatı çərçivəsində 13 gün ərzində Rusiyanın “kölgə donanması”na aid ümumilikdə 172 gəmi vurulub. Onlardan 118-i Azov dənizində, 54-ü Qara dənizdə hədəfə alınıb.

Dünya Gündəm

Müdafiə Nazirliyi: Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurulub

Rusiyada bir gecədə Ukraynaya məxsus 379 dron vurulub. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, dronlar Belqorod, Bryansk, Kursk, Smolensk, Ryazan, Kaluqa, Tula, Tambov, Oryol, Lipetsk, Tver, Pskov, Voronej, Rostov, Volqoqrad, Leninqrad, Vladimir vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, Azov və Qara dənizlərində vurulub. Moskva və Tambov vilayətlərində neft və “Wildberries” […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.