Bakıda 525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
Bakının Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir. Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, məqsəd bu marşrutdan istifadə edən “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni […]











