Year: 2026

Gündəm Maqazin

Qriqori Leps karyerasını başa vurmağa hazırlaşır

Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. Əks-səda “Moskovski Komsomolets” nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. “Tanrının izni ilə, iki ildən sonra daha bir albom yazacağam”, – deyə sənətçi qeyd edib. Leps yeni albomun “Sonuncu imperator” […]

Dünya Gündəm Hadisə

İranda 5 maqnitudada zəlzələ olub

İranın Huzistan əyalətinin Salend rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Salend rayonunda, ocağı 8 kilometr dərinlikdə yerləşib. Hər hansı dağıntı və ya tələfat barədə məlumat verilmir.

Dünya Gündəm Texnologiya

Hindistan ilk özəl orbital raketini uğurla kosmosa buraxıb

Hindistan ilk özəl orbital raketi olan “Vikram-1″i uğurla kosmosa buraxaraq özəl kosmik sənaye sahəsində dünya liderlərindən birinə çevrilib. “Skyroot Aerospace” şirkəti tərəfindən hazırlanmış raketin uğurlu sınağı ölkənin kommersiya kosmik texnologiyalar sektorunun geniş inkişafa hazır olduğunu təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb. “Vikram-1″ daşıyıcı raketi sınaq uçuşu çərçivəsində orbitə çatıb. […]

Dünya Gündəm

ABŞ Ordusu Hörmüz boğazı ətrafında İranın 3 şəhərinə zərbə endirib

ABŞ Ordusu İranln Hörmüz boğazı yaxınlığındakı Sirik, Hacıabad və Bəndər Abbas şəhərlərinə zərbə endirib. Əks-səda xəbər verir ki, gecə saat 01.30 radələrində Sirik ətrafında bir məkana zərbə endirilib. Artıq xilasedicilər həmin yerdə xilasetmə əməliyyatına başlayıb. “Tasnim” yazıb ki, gecə saat 02.10 radələrində ABŞ Ordusu tərəfindən Hacıabad yaxınlarına zərbə endirilib. Zərbə nəticəsində ölən və yaralananlar barədə məlumat açıqlanmayıb. […]

Gündəm Maraqlı

Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı

Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. Əks-səda xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq İrina Lenkina  Lenta.ru-ya bildirib. Mütəxəssis qeyd edib ki, son iki ilin tibbi təcrübəsində QLP-1 reseptor aqonistlərinin (ilk növbədə, II tip şəkərli diabet […]

Gündəm Manşet Ölkə

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə […]

Dünya Gündəm Hadisə

Türkiyə meşə yanğınları ilə mübarizə aparır

Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin İzmir və Kütahya vilayətlərində yanğınlarla mübarizə davam edir. Əks-səda xəbər verir ki, İzmirin Narlıdərə rayonunda yerləşən meşəlik sahədə baş verən yanğının söndürülməsinə şəhərin Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 6 helikopter, 25 yanğınsöndürən maşın, 5 su təchizat avtomobili və 3 buldozer cəlb edilib. […]

Dünya Gündəm Hadisə

Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib

Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı “Volçyi Vorota” su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə “İnterfaks” regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. “80 nəfər tibbi yardıma müraciət edib, onlardan 40-ı Novoselitskoye xəstəxanasına”, – bildirilib. Onun sözlərinə görə, Novoselitskoye dairəsində doqquz nəfər xəstəxanaya […]

Dünya Gündəm Texnologiya

BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir

Terrorçu qruplar öz fəaliyyətlərində süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməyə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə BMT Baş katibinin terrorla mübarizə məsələləri üzrə müavininin səlahiyyətlərini icra edən Aleksandr Zuyev TASS agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, BMT bu sahədə bir sıra tərəfdaşlarla əməkdaşlıq edir. Zuyev qeyd edib ki, süni intellekt müsbət məqsədlər üçün istifadə […]

Dünya Gündəm

ABŞ İranda duzsuzlaşdırma qurğusunu hədəfə alıb, 20 kənd su çatışmazlığı ilə üzləşib

ABŞ İranın Cask şəhərindəki Bunci duzsuzlaşdırma qurğusunu hədəfə alıb. Əks-səda xəbər verir ki, Hörmüzqan Su Şirkəti Cask rayonunun qərbində yerləşən Bunci duzsuzlaşdırma qurğusunun hücuma məruz qaldığını açıqlayıb. Məlumata əsasən, hadisə nəticəsində ümumi əhalisi təxminən 10 min nəfər olan 20 kəndin içməli su təchizatında tam fasilə yaranıb. Hücum zamanı dənizdən xam suyun götürülməsi üçün nasos stansiyası, eləcə də […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.