Year: 2026

Gündəm Idman Manşet

Məşhur UFC idmançısı Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub. “Əks-səda” xəbər verir ki, bu barədə “MMA Fighting” nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb. Bildirilib ki, əvvəlki müqaviləsinin müddəti bitdikdən sonra braziliyalı döyüşçü təşkilatla yalnız bir döyüşlük qısamüddətli anlaşma imzalayıb. Sözügedən həlledici qarşılaşma Bakıda baş tutan turnirdə reallaşıb və Pereyra rusiyalı […]

Gündəm Ölkə

Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir

İyulun 16-dan Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir. “Əks-səda” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır. Təbriz küçəsindən Heydər […]

Dünya Gündəm

Reyn çayının dayazlaşması Almaniyada yükdaşımaları və istehsalı çətinləşdirir

Reyn çayının dayazlaşması səbəbindən Almaniyada sənaye istehsalı təhlükə altına düşüb. “Əks-səda” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Ölkənin əsas daxili su arteriyasında səviyyən o qədər aşağı düşüb ki, gəmilər yüklərin həcmini azaltmaq məcburiyyətində qalıblar. Bu vəziyyət nəqliyyat xərclərini artırır və sənaye müəssisələrinə kömür, neft, kimyəvi maddələr və digər xammalların çatdırılmasını çətinləşdirir. Mövcud problemlər […]

Dünya Gündəm

Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir, bu rəqəm 20 milyona çatdırılacaq

Ukrayna ildə 10 milyon pilotsuz uçuş aparatı istehsal edir. “Əks-səda” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Ukrayna bu göstəricini 20 milyona çatdırmağı planlaşdırır. Ukrayna Prezidenti xatırladıb ki, vaxtilə ildə 1 milyon dron istehsal ediləcəyi ilə bağlı açıqlaması böyük şübhə ilə qarşılanmışdı. “Xatırlayıram […]

Gündəm Manşet Ölkə

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 675 milyon 957.61 min dollar dəyərində 33 772 ədəd avtomobil idxal olunub. “Əks-səda” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə ölkəyə 14 milyon 442.23 min dəyərində 547 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib. Bundan əlavə, dövr ərzində Azərbaycana xarici ölkələrdən 30 […]

Dünya Gündəm

Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib. “Əks-səda” xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər. Hesab edirəm ki, o (Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Və bu, yaxın zamanda baş verəcək”, – ABŞ lideri […]

Dünya Gündəm Hadisə

DPA: Drezdendə silahlı şəxs polisə atəş açıb

Almaniyanın Drezden şəhərində yerləşən supermarketlərin birinin yaxınlığında silahlı şəxs polisə atəş açıb. “Əks-səda” DPA agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Fridrixştadt rayonunda baş verib. Şahidlərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları Türkiyə vətəndaşı olan 41 yaşlı kişini supermarketin qarşısında saxlayıblar. Bildirilir ki, saxlanılarkən şübhəli şəxs odlu silahdan polisə doğru atəş açıb. Hadisə nəticəsində polis […]

Dünya Gündəm

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

Bəhreyndə bu gün səhər saatlarında İranın raketlər və pilotsuz uçuş aparatları ilə zərbələrinin dəf edildiyi bildirilib. “Əks-səda” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə qüvvələri məlumat yayıb. Qeyd olunub ki, Manamada bu hücumları “humanitar hüququn kobud şəkildə pozulması” adlandırıblar. Hakimiyyət həmçinin vətəndaşları hər hansı şübhəli obyektə yaxınlaşmamağa çağırıb.

Gündəm Manşet Ölkə

FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə “Əks-səda”ya nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar […]

Gündəm Idman

PSJ-nin sabiq futbolçusu Tomas Menye “Sanderlend”ə keçib

Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Tomas Menye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib. “Əks-səda” xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. Xatırladaq ki, Tomas Menye son olaraq Fransada “Lill”in formasını geyinib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.