Year: 2026

Gündəm Hadisə Manşet

Bakıda açıq ərazidə yanğın başlayıb

Bakıda açıq ərazidə yanğın başlayıb. “Əks-səda” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Dünya Gündəm Manşet

Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib

Ukraynanın Milli Qvardiyasının “Omega” xüsusi təyinatlı dəstəsi Krımın Saki aerodromunda Rusiyaya məxsus Su-24M cəbhə bombardmançısını məhv edib. “Əks-səda” Ukraynanın “UNİAN“ agentliyinə istinadən xəbər verir ki, təyyarə döyüş tapşırığına hazırlaşdığı vaxt zərbə endirilib. Məlumata əsasən, məhv edilən Su-24M cəbhə bombardmançısının təxmini dəyəri 30 milyon ABŞ dolları təşkil edir.

Gündəm Hadisə Ölkə

Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 23 yaşlı şəxs batıb. “Əks-səda” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 2003-cü il təvəllüdlü […]

Dünya Gündəm Hadisə

Rusiyanın Çelyabinsk vilayətində güclü leysanla əlaqədar 40 nəfər təxliyə edilib

Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində güclü leysanla əlaqədar fərdi evlərin su altında qalması səbəbindən 40-dan çox insan təxliyə edilib. “Əks-səda” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Son 12 saat ərzində ərazidə 51 mm yağıntı qeydə alınıb. “Ufaleyka və Generalka çaylarında suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar […]

Dünya Gündəm Siyasət

Ukrayna Ali Radası Sergey Koretskini ölkənin Baş naziri təyin edib

Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib. “Əks-səda” xəbər verir ki, parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib. S.Koretski hökumət başçısı postunda 2025-ci il iyulun 17-dən baş nazir vəzifəsində çalışan Yuliya Sviridenkonu əvəzləyib. Qeyd edək ki, S.Koretski bu təyinata qədər “Naftoqaz Ukrayna” Milli Səhmdar […]

Dünya Gündəm

Netanyahu ABŞ-yə səfərini iyulun sonuna təxirə salıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərini iyulun sonuna təxirə salıb. “Əks-səda” İsrail mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasından bildirilib. Qeyd olunub ki, səfər vaxtının dəyişdirilməsi Netanyahunun iştirak etməli olduğu senator Lindsi Qremin anım mərasiminin ayın sonuna keçirilməsi ilə bağlıdır. Daha əvvəl bildirilib ki, Netanyahu iyulun 18-də ABŞ-yə səfər etməyi planlaşdırır. Səfər […]

Dünya Gündəm İQTİSADİYYAT

Qazaxıstan və Çin 15 milyard dollar dəyərində 70-dən çox saziş imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya (Çin) işgüzar səfəri çərçivəsində çin şirkətləri ilə ümumi məbləği 15 milyard dollardan çox olan 70-dən artıq kommersiya sazişi imzalanıb. “Əks-səda” bu barədə Akordaya istinadən xəbər verir. Onlar süni intellekt və rəqəmsallaşdırma, nəqliyyat infrastrukturu, maliyyə, aqrosənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sahələri əhatə edir. Xüsusilə, Qazaxıstanın “Huawei” ilə strateji tərəfdaşlığı, ölkədə “Li […]

Dünya Gündəm

İsveç Ukraynaya təqribən 127 milyon avro ayrılmasını təsdiqləyib

İsveç Ukraynanın bərpasına dəstək məqsədilə Dünya Bankının yeni mexanizmi çərçivəsində 1,4 milyard kron (təqribən 127 milyon avro) ayırıb. “Əks-səda” xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunur ki, bu gün ölkə hökuməti vəsaitin ayrılmasını təsdiqləyib. Bu töhfə sayəsində Ukraynanın bərpa və yenidənqurma layihələrinə ümumi məbləği təxminən 4,2 milyard kron (380 milyon […]

Gündəm Manşet Ölkə

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq. “Əks-səda” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.